Bakıda hərbi orkestrlərin nümunəvi çıxışı

08.11.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Günü münasibətilə Heydər Əliyev Sarayında, Zabitlər parkında, Fəvvarələr Meydanında və Koroğlu parkında Müdafiə Nazirliyinin hərbi orkestrlərinin ifasında nümunəvi çıxışlar olub, eləcə də hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Gununsesi.info xəbər verir ki, hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb, vətəndaşlarımız tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu gün səhər 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью