BAKIDA HƏRBİ PARAD BAŞLADI Üç ölkə lideri bir arada + CANLI YAYIM

08.11.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.

Ümummili Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlət başçısı paradda çıxış edir.

Hərbi paradı bu linkdən izləyə bilərsiniz:

***

Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri tamamlanıb.

Mia.az xəbər verir ki, paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib.

Həmin əraziyə yaxın küçə və prospektlər, eləcə də binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.

Məlumata əsasən, Pakistan Hərbi Hava Qüvvələrinin "JF-17 Thunder" qırıcıları və bu ölkənin hərbçiləri hərbi paradda iştirak edəcəklər.

Qeyd edək ki, bu gün Bakıda Vətən Müharibəsində Zəfərin 5 illiyinə həsr olunan hərbi parad keçiriləcək. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı gözlənilir.

Bundan başqa, paradı izləmək üçün Bakıya Slovakiyanın, Serbiyanın və digər ölkələrin dövlət nümayəndələri də gəliblər.

Parada bu link vasitəsilə baxmaq olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью