Bakıda hərbi parada hazırlıq davam edir Video

01.11.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlər davam edir.

Axar.az xəbər verir ki, hazırda paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.

Bu il noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью