Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda avtomobildə qəfil tüstülənmə baş verib.
Bakıvaxtı.az xəbər verir, hadisə paytaxtın Mir Cəlal küçəsi, 129 ünvanında qeydə alınıb.
10-ZU-19 dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsindən qəfil qatı tüstü qalxmağa başlayıb.
Hadisə yerində olan vətəndaşlar dərhal operativ müdaxilə edərək vəziyyətin daha da ciddiləşməsinin qarşısını almağa çalışıblar.
İlkin ehtimallara görə, hadisəyə səbəb avtomobilin elektrik sistemində yaranan qısa qapanma və ya texniki nasazlıqdır.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl