Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsinin sabiq inspektoru Ramin Talıbovun işindən verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info -nun xəbərinə görə, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrlik etdiyi prosesdə ilkin dinləmə olub.
Məhkəmə prosesinin davamı mayın 27-nə təyin edilib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Kərimovun barəsində Cina
Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.
Hər iki təqsirləndirilən şəxs bəraət hökmünün çıxarılmasını istəyir.
Ramin Talıbovun ittiham olunduğu maddələr üzrə cinayət işinə cəlbetmə müddəti keçdiyi üçün onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi Samir Kərimov və sahə inspektoru Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar (o vaxtkı məzənnə ilə 1 milyard 400 min manat – red.) pul tələb ediblər, son nəticədə 20 min manat alıblar.