Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda hoteldə meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə qeydə alınıb.
Hotelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.