Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Yasamal rayonunda yerləşən hotellərdən birində ölüm hadisəsi baş verib.
Avtosfer.az news24.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində qonaq ölüb.
20-25 yaşlı oğlanın meyiti hotelin nömrələrindən birində tapılıb.
Onun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib.
İlkin məlumata görə, meyit üzərində xəsarət olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub 26