Bakıda hoteldə KURYOZ OLAY: Zəng etmək bəhanəsi ilə kartını soydu

24.07.2026

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın Nizami rayonunda yerləşən otellərin birində talama faktı qeydə alınıb.

Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bank kartından 1800 manat oğurlandığını bildirib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı Y.Hüseynzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun oteldə zərərçəkənə yaxınlaşıb “zəng etmək” bəhanəsi ilə telefonunu alaraq mobil tətbiqində olan pul vəsaitini oğurladığı məlum olub. 

Faktla bağlı araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью