Bakıda hündürmərtəbəli binanın zirzəmisində yanğın olub

12.07.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nərimanov metro stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.

APA xəbər verir ki, ilkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

Binanın liftində köməksiz vəziyyətdə qalan sakinlər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas ediliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью