Bakıda Hyundai yanıb

07.12.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Yasamal rayonunda minik avtomobilində yanğın olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə "Hyundai" markalı minik avtomobili alışaraq yanıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью