Bakıda I sinfə qəbul üçün 39 mindən çox sorğu yerləşdirilib

19.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2026-2027-ci tədris ili üzrə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 39 min 94 elektron sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XQ-yə bildirilib ki, avqustun 19-u saat 11:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 39 min 94 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib.

Qeyd olunub ki, paytaxt məktəblərinin I siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən daxil olan 4769 müraciət operativ şəkildə cavablandırılıb. Müraciətlərdən 113-ü alternativ qeydiyyat mərkəzlərində, 3980-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb. Həmçinin 676 valideyn 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Xatırladaq ki, mayın 6-dan etibarən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Qəbul prosesi “www.mektebeqebul.edu.az” portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью