Bakıda “IBRUS HALL”un açılışı oldu | Icma.az
Icma.az, Sia Az saytına istinadən bildirir. Bakıda yazıçı, ssenarist, pedaqoq Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş “IBRUS HALL” yar
Layihə Dünya Kinosunun 100 İlliyi Fondunun təşəbbüsü ilə həyata keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, təntənəli açılışda Rüstəm İbrahimbəyovun böyük oğlu Fuad İbrahimbəyov, Dünya Kinosunun 100 İlliyi Fondunun İdarə Heyətinin üzvü, Rüstəm İbrahimovun kiçik oğlu Fərhad İbrahimbəyov, Azərbaycanın Əməkdar artisti, “İbrus” Teatrının aktrisası Mələk Abbaszadə çıxış ediblər.
R.İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova da videomüraciət vasitəsilə qonaqları salamlayıb.
“IBRUS HALL”da keçirilən ilk tədbir Azərbaycanın Xalq artisti Məbud Məhərrəmovun yaradıcılıq gecəsi olub.
Xalq artisti çıxışı zamanı teatr və kino aktyorunun həyatından füsunkar hekayələri tamaşaçılarla bölüşüb, səhnə yoldaşlarından, işbirliyi qurduğu rejissorlardan danışıb və təbii ki, Rüstəm İbrahimbəyovun şəxsiyyətinə xüsusi diqqət yetirib.
Dünya Kinosunun 100 İlliyi Fondunun direktoru Lalə Əfəndiyeva müsahibəsində yeni yaradıcılıq məkanında nəzərdə tutulan tədbirlərdən bəhs edib.
“Bu gün biz “IBRUS HALL”ı açırıq. Biz çox ümid edirik ki, onun divarları arasında şən, işıqlı və çox parlaq yaradıcılıq və sevgi mühiti yara
Tam oxu
Xəbəri oxu