Bakıda içkili sürücü qəzaya səbəb olub FOTO VİDEO

23.07.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, yüksək sürətlə hərəkət edən 77 GT 208 dövlət qeydiyyat nişanlı "Mini Cooper" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, onunla eyni istiqamətdə hərəkət edən 90 LF 135 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən "Mini Cooper" yolun kənarındakı dəmir maneəni aşaraq divara çırpılıb. Hadisə yerinə dərhal yol patrul xidməti əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı "Mini Cooper" sürücüsünün içkili vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Loğman Kamranlı

https://t.me/apa_az/101290

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью