Bakıda içməli su xəttində qəza Əraziyə texnika cəlb edildi

30.09.2026

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yasamal rayonunda içməli su xəttində qəza baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza qeydə alınıb. Məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə dərhal briqada və texnika cəlb olunub.

Su axıntısının qarşısı alınıb. Hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью