Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
2027-ci il martın 11-14-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək.
İdman.Biz xəbər verir ki, Dünya Gimnastikasının rəsmi təqviminə əsasən, yarış Milli Gimnastika Arenasında təşkil olunacaq.
“AGF Trophy” adı altında keçiriləcək Dünya Kuboku mərhələsində kişi və qadın gimnastlar ayrı-ayrı alətlər üzrə mübarizə aparacaqlar.
Yarış Azərbaycan Gimnastika Federasiyasının 2027-ci il üçün tədbirlər təqviminə də daxil edilib.