Bakıda idman jurnalistini maşın vurub

23.11.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanlı idman jurnalisti Elçin Cəfərov bədbəxt hadisə ilə üzləşib. Sport24.az xəbər verir ki, bununla bağlı "CBC Sport"un əməkdaşı Pərviz Musayev paylaşım edib.

Cəfərovu dünən axşam Bakıda "Türkiyədən futbol" verilişindən sonra evə qayıdarkən piyada keçidinin üstündə avtomobil vurub. Hazırda onun həyati təhlükəsi yoxdur, lakin o, müxtəlif bədən xəsarətləri alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью