Bakıda idmançılar arasında KÜTLƏVİ DAVA: saxlanılanlar var YENİLƏNİB

05.01.2025

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İdmançıların həbsinin təfərrüatı məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, adıçəkilən idmançılar başqa bir idmançını döyüblər. 

Döyülən idmançı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

***

saat 10:30

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью