Bakıda III Milli Rəqabət Forumu keçirilir

14.10.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Bakıda “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda III Milli Rəqabət Forumu keçirilir.

"APA-Economics" xəbər verir ki, tədbir rəqabət siyasətinin inkişafı, iqtisadi tənzimləmə və dövlət-özəl sektor əməkdaşlığı məsələlərinə həsr olunub.

Forum çərçivəsində rəqabət siyasətinə elmi-analitik baxış, təbii inhisar sahələrinin tənzimlənməsi, infrastrukturun inkişafında dövlət-özəl tərəfdaşlığının imkanları və müstəqil tənzimləyici qurumlarla əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.

Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçılar və ekspertlər iştirak edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью