Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakının Xəzər rayonu, Binə qəsəbəsində iki avtobusun toqquşması ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Qəza bu gün saat 07:40-da baş verib. Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi "Hyundai" markalı, 88-BS-435 dövlət nömrə nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən İSUZU markalı, 77-JD-305 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.
***
Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə iki avtobusun toqquşması nəticəsində baş verib. Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu verilib.