Bakıda iki avtomobil qaçırıldı

17.01.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakıda iki avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən "Chevrolet" markalı avtomobilin, Nizami rayonu Q.Qarayev prospekti ərazisindən isə "Tofaş” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən E. Abbasov va T.Asəfi müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью