Bakıda iki avtomobil toqquşdu: ölən var

22.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Vahid Abdulla oğlu Məmmədovun idarə etdiyi "Opel Frontera" ilə Ozal Elman oğlu Yusifovun idarə etdiyi "Mersedes Benz E" markalı avtomobillər toqquşub.

Nəticədə V.Məmmədov xəsarət alaraq xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью