Bakıda iki avtomobil toqquşdu VİDEO

06.05.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, yolayrıcında olan svetoforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada svetoforuna çırpılıb. 

Yararsız vəziyyətə düşən piyada svetoforunun yenisi ilə əvəzlənməsi işləri görülür.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью