Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

15.02.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində qeydə alınıb

1991-ci il təvəllüdlü Qasımov Ramil Aslan oğlu idarə etdiyi “VAZ 2101” markalı avtomobil ilə 1999-cu il təvəllüdlü Tağıyev Soltan İlqar oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ 2101” markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Zülfüqarov Fərdi Mehman oğlu hadisə yerində ölüb. R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Şərifov Məmməd Rəhim oğlu xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

MƏLUMAT YENİLƏNİR...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью