Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

19.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Bakının Xətai rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Məhərrəmova Səidə Yaqub qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью