Bakıda iki evdə yanğın olub

29.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları 5 m² sahədə, evə bitişik ümumi sahəsi 282 m² (hər mərtəbəsi 94 m²) olan üçmərtəbəli evin tavanının şüşə-pambıqdan və taxtadan ibarət örtüyü 5 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью