Bakıda iki “KamAZ” toqquşdu Yaralılar var

03.11.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yasmal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, Ziya Bünyadov prospektində içi daşla dolu iki “KamAz” toqquşub.

Arxadan gələn “KamAz”ın əyləci ləng işlədiyi üçün öndəki maşına çırpılıb.

Qəza nəticəsində biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.

Sail Ağasəlim



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью