Bakıda iki minik avtomobili toqquşdu ÖLƏN VAR

08.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Chevrolet” markalı minik avtomobili ilə "Tesla" markalı minik avtomobili toqquşub və 1 nəfər “Chevrolet” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.


Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью