Bakıda iki nəfər güllələndi Yaralıların vəziyyəti ağırdır

16.10.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

Bakupost.az xəbər verir ki, hadisə bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfəri güllələyiblər.

1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatları araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью