Bakıda iki qadın dəm qazından ÖLDÜ

16.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bakıda dəm qazından ölüm hadisələri baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı Qızıldaş qəsəbəsindəki evdə dəm qazından zəhərlənərək vəfat edib.

Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı Balaxanı qəsəbəsindəki evin hamamında dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью