Bakıda iki qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

16.12.2024

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Bakıda dəm qazından ölüm hadisələri baş verib.

Sfera.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı Qızıldaş qəsəbəsindəki evdə dəm qazından zəhərlənərək vəfat edib.

Oxşar hadisə Sabunçu rayonunda da baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı Balaxanı qəsəbəsindəki evin hamamında dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью