Bakıda iki sərnişin avtobusu toqquşdu

19.05.2025

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın Sabunçu rayonu ərazisində iki sərnişin avtobusu toqquşub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 131 və 189 nömrəli marşrut avtobuslarının iştirakı ilə baş verib. Toqquşma nəticəsində bir neçə sərnişin xəsarət alıb.

Əraziyə dərhal təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Yusifov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью