Bakıda iki xanım sürücü qəza törədib yolu bağladı

16.01.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Paytaxtın Gülanə Qədirbəyova küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. AzPost-un əldə etdiyi məlumata görə, iki xanım sürücünün avtomobilləri toqquşub. Nəticədə yolda ciddi tıxac yaranıb.

Belə ki, 10-HM-400 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobili “Hyundai” markalı maşınla toqquşub. Qəzanın miqyası böyük olmasa da xanım sürücülər maşınları yolun ortasında saxlayaraq sıxlığa səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью