Icma.az, Oxu.az portalına istinadən məlumat verir. "Bakı şəhəri ərazisində 300-dən çox park mövcuddur.
Son 20 il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində parklarda əsaslı təmir işləri həyata keçirilib, həmçinin yeni ərazilərdə meşə tipli parklar salınıb".
Bu barədə Baku.ws-ə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində son illər ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə 200-ə yaxın məhəllələrarası park yaradılıb ki, bu da sakinlərin yaşadıqları ərazidə asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır: "Bakıda Yasamal rayonunda böyük əraziyə malik Meşə parkı, Mərkəzi park, Səbail rayonunda Çəmbərəkənd parkı, Xətai rayonunda Gənclik, Sevirəm parkları salınıb.
Yeni salınan və əsaslı təmir edilən parklarda yaşıllıq sahələrinin daha da artırılmasına diqqət yetirilir.
Xətai rayonunda yerləşən Sevirəm parkının genişləndirilməsi ilə bağlı işlər görülüb.
Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililər sökülüb.
Bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilib.