Bakıda ikimərtəbəli ev yanıb

26.04.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 m² (hər mərtəbəsi 45 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin, dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin ondulindən ibarət dam örtüyü 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью