Bakıda ikimərtəbəli evdə yanğın

10.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yüksək temperaturdan sanitar qovşağının lambirdən ibarət tavanı 8 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью