Bakıda ikimərtəbəli evdə yanğın: xəsarət alan var

08.11.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 120 kvadratmetr (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Pubika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью