Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakıda İkinci Süni İntellekt Sammiti (AI Summit) keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və texnologiya şirkətlərini bir araya gətirib. Məqsəd süni intellekt sahəsindəki müasir tendensiyaların, yeni texnoloji həllərin və əməkdaşlıq imkanlarının müzakirəsidir.
Tədbir çərçivəsində əsas səhnədə süni intellektin inkişafı ilə bağlı təqdimatlar, müxtəlif sənaye sahələrinə həsr olunan panel müzakirələri, praktiki nümayişlər və ustad dərsləri təşkil edilib.
Proqramda iştirakçılara süni intellekt texnologiyalarını praktiki şəkildə sınaqdan keçirmək, yeni həllərlə tanış olmaq və bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq imkanları yaradılır.
Sammit “Uzadılmış indi” konsepti əsasında təşkil olunur. Tədbirdə süni intellektin müxtəlif sahələrdə tətbiqi və Azərbaycanın rəqəmsal inkişaf perspektivləri diqqət mərkəzindədir.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Səfiyar Məcnun