Bakıda ikiotaqlı mənzillərə istilik verilmir İDDİA

20.11.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bakının Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 19 ünvanında istiliklə bağlı qəribə problem yaşanır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bina istiliklə təmin olunub, amma maraqlıdır ki, binanın bir blokunun sadəcə 3 və 1 otaqlı mənzillərinə istilik verilib. İkiotaqlı mənzillər isə istiliklə təchiz olunmayıb.

Bu problem ötən illərdə də yaşanıb. Çoxsaylı müraciətlərdən sonra ikiotaqlı mənzillər də istiliklə təmin olunub. Sakinlər deyir ki, biz hər il eyni problemi yaşamaqdan bezmişik, evimizdə yaşlı və körpələr var.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" bildirdilər ki, problemin kökü elə binanın özü ilə bağlıdır:

Qeyd olundu ki, binada digər mənzillərin də istilik problemi qurum tərəfindən öz həllini tapacaq.

Ətraflı süjetdə:

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью