Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Son günlərdə Bakıda insanların qarşısına çıxan ilanların sayının artdığı iddia edilir.
Bu barədə sosial şəbəkədə paylaşımlar edilir. Qeyd edək ki, Azərbaycanda sürünənlərin növ tərkibi zəngindir.
Ölkəmizdə olan sürünənlərin növ sayı 59-dan çoxdur. Bunlardan 26-sı ilanlardır, 3 tısbağalar, 30-u kərtəkələlərdir.
Sürünənlər soyuqqanlı heyvanlardır. Modern.az mövzu ilə bağlı Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutu
İlanların bu ay aktivləşməsi normaldır “İlanlar ilin soyuq aylarında qışlayırlar, isti aylarda isə aktiv fəaliyyətə başlayırlar.
İlanların aktivliyi mart ayından başlayır. Azərbaycanın müxtəlif ərazilərində mart ayında temperatur fərqli olur.
Yazın gəlişi, torpağın oyanması və temperaturun 14-16 dərəcəyə qalxması onların fəallığı üçün bir siqnaldır.
İlanlar qışda torpağın müxtəlif dərinliklərində, süxurlarda, qaya künclərində, ağıla gələn və gəlməyən, soyuq havanın çatmadığı, qarın-yağışın tutmadığı, temperaturun 5-10 dərəcə olduğu yerlərdə qışlayırlar.