Bakıda ilk badminton üzrə Avropa çempionatı İdman və Biz

13.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda ilk dəfə badminton üzrə qarışıq komandaların Avropa çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq yarışda 8 komanda mübarizə aparacaq.

1-ci qrupda yer alacaq Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq. İlk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaq. Digər qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları güclərini yoxlayacaqlar.

Qeyd edək ki, çempionat gələn il fevralın 12-16-da keçiriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью