Bakıda ilk dəfə Xüsusi Olimpiya Avropa Badminton Turniri keçiriləcək

06.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 19-21-də Bakıda ilk dəfə Xüsusi Olimpiya Avropa Badminton Turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq beynəlxalq yarışda Avropa və Avrasiya regionunun 18 ölkəsindən 110-dan artıq idmançı və məşqçinin, eləcə də nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı gözlənilir.

Turnir atletlərə bacarıqlarını nümayiş etdirmək, beynəlxalq təcrübə qazanmaq və yeni dostluqlar qurmaq imkanı yaradacaq.

Qeyd edək ki, yarışın əsas məqsədi idman vasitəsilə dostluq, həmrəylik və bərabər imkanları təşviq etmək, eləcə də inklüziv idmanın inkişafına töhfə verməkdir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью