Icma.az, Qafqazinfo saytına istinadən bildirir. Dekabrın 19-u “Hilton Garden Inn Baku” hotelinin rəsmi açılış tədbiri baş tutub.
“Hilton Garden Inn Baku” “Tabia Group” portfelinə daxil olan yüksəksəviyyəli beynəlxalq hotel brendidir.
Bu brendin “Tabia Group” daxilində ölkəmizdə fəaliyyətə başlaması qupun üstünsəviyyəli qonaqpərvərlik təcrübəsini əlçatan etməyə sadiqliyinin sübutudur.
Otel Sarabski küçəsi 657 ünvanında yerləşir. “Hilton Garden Inn Baku” Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 24 kilometr aralıqdadır
Əlavə olaraq hotel Dədə Qorqud parkı, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Zoologiya parkı, “28 Mall” və “Gənclik Mall” kimi mühüm i
12 mərtəbəli, 195 otaqlı hotel, yüksək keyfiyyətdə xidmət göstərən restoran, bar və fitness mərkəzi ilə təchiz olunub.
Hoteldə müasir konfrans otaqları və çoxfunksiyalı tədbir məkanlarına da yer verilib.
“Hilton Garden Inn Baku”nun baş meneceri Erhan Gürsel bildirib: “Hotelimiz həm işgüzar mütəxəssislərə, həm də istirahət üçün səfər edən qonaqlara xidmət etməyi nəzərdə tutur.