Bakıda inşa edilə nəhəng yaşayış kompleksində Rahat Gourmet açılıb

16.03.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kristal" şirkəti tərəfindən "Nəriman Nərimanov" metro stansiyası yaxınlığında inşa edilən "City Garden Narimanov" adlı nəhəng yaşayış kompleksində iri supermarket açılıb.

Marja.az xəbər verir ki, növbəti "Rahat Gourmet" filialı "City Garden Narimanov"da fəaliyyətə başlayıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni filialda yerli və dünyanın müxtəlif ölkələrindən - premium ərzaqlar, xüsusi seçilmiş delikateslər və gündəlik alış-veriş üçün keyfiyyətli məhsullar təqdim olunur.

Burada həmçinin hər gün yenilənən təzə balıq və ət məhsulları, hazır yeməklər bölməsi və müxtəlif qəlyanaltılar və ləzzətli seçimlər tapa bilərsiniz.

Qeyd edək ki, "Rahat Gourmet", dünyanın müxtəlif ölkələrindən gətirilən premium, nadir və eksklüziv məhsulların satıldığı ixtisaslaşmış marketlər şəbəkəsi kimi təqdim olunur. 

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью