Bakıda insident: dayısını bıçaqladı

16.09.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsinin Hüsü Hacıyev küçəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Nüsrət Müslüm oğlu Məmmədov yaşadığı evdə bacısı oğlu ilə mübahisə edib. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, N.Məmmədovun bacısı oğlu əvvəlcə onun üzünə, daha sonra bədəninə bıçaq zərbələri endirib.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью