Bakıda insident törədən idmançılar həbs edildi

05.01.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident  törətməsi barədə məlumatlar yayılıb. 

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью