Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 293 saylı internat məktəbinin ərazisində tanışını bıçaqlayan şəxsin kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
***09:12
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı internat məktəbinin ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Şamil Amil oğlu Hüseynov tanışı ilə mübahisə edərkən bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır.