Bakıda intihara cəhdin qarşısı alındı

07.11.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda kişi asma körpüyə çıxaraq intihar niyyətini nümayiş etdirib.

Manset.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində - “Koroğlu” nəqliyyat qovşağında baş verib.

Naməlum şəxs körpünün asma hissəsinə çıxaraq özünü oradan atacağını bildirib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb: “Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o,  xilas edilərək aidiyyəti üzrə təhvil verilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью