Bakıda iPhoneları oğurlayanlar tutuldu

28.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakıda "iPhone" markalı telefonlar oğurlanıb.

Lent.az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 25-də Lökbatan qəsəbəsi ərazisində bir qadının 2500 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 33 yaşlı A.Babayev müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisində isə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Bağırov 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью