Icma.az, Report.az portalına istinadən məlumat yayır. COP29 çərçivəsində “Mavi zona”da fəaliyyət göstərən Azərbaycan pavilyonunda İqlimə Dav
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu edib.
Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbayanda iqlimə davamlı kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Nazir bildirib ki, müxtəlif iqlim şəraiti, məhdud su ehtiyatları və Qarabağda yeni azad edilmiş torpaqların bərpası ilə bağlı layihələrin icrası ilə yanaşı, aqrar sahədə innovasiyaların tətbiqinə, bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir.
Azərbaycanın iqlimə davamlılıq üzrə siyasət çərçivəsi torpaq və su ehtiyatlarının davamlı və düzgün idarə olunmasını ehtiva edir.
Bildirilib ki, Azərbaycan hökuməti iqlimə davamlı kənd təsərrüfatı təcrübələri vasitəsilə iqlim risklərini azaltmağa və su resurslarının səmərəliliyini artırmağa xüsusi önəm verir.
İrriqasiya sistemlərinin müasirləşdirilməsi və quraq bölgələrdə suyun səmərəli idarə edilməsi mühüm əhəmiyyət kəsb edir.