Bakıda İran məhsulları bahalaşdı FOTOLAR

23.06.2025

Icma.az, Sitat.info saytına istinadən bildirir.

İran-israil müharibəsi İran məhsullarının da bahalaşmasına gətirib çıxarıb. Bildiyiniz kimi Azərbaycanın bir çox bölgələrində, xüsusuilə Bakıda İran məhsulları satış şəbəkəsi mövcuddur. Xüsusən quru meyvə, ədviyyat, qənnadı və təmizlik məhsulları xüsusi dükanlarda satılır. Müharibədən sonra İran məhsullarının qiymətində bahalaşma müşahidə olunur.

Bununla bağlı Sitat.info-ya İran məhsullarının satışı ilə məşğul olan sahibkarlar məlumat verib. Onların sözlərinə görə, müharibə səbəbindən İranın bütün məhsullarında bahalaşma olub: 

"İrandan topdan məhsul gətirənlər müharibəyə görə gedə bilmirlər. Rəsmi heç bir məhdudiyyət olmasa da, topdançılar qorxurlar... Demək olar ki, tırlar İrandan mal gətirməyi dayandırıblar. Bizə bildirdilər ki, qısa zamanda kəskin bahalaşma qaçılmazdır. Əlimizdə qalan köhnə partiya malları satışa çıxarmışıq. Növbəti partiya ya olmayacaq, ya da çox baha olacaq. Onları da qınamaq olmaz. İranda vəziyyət təhlükəlidir, heç kim özünü riskə atıb, tırla gedə bilmir".

Xüsusən də  yuyucu vasitələr və qənnadı məmulatlarında dahaa çox bahalaşma olacaq.

Qeyd edək ki, bu dükanlar ucuzluğu ilə seçilir, xüsusən aztəminatlı əhali təmizlik vasitələrini, quru meyvələri  market qiymətlərindən daha aşağı qiymətlə alır. 

Aytac,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью